Nazir Aybəniz Haşımovanı təltif etdi
Mədəniyyət
25.06.2024 22:20
Elm və Təhsil Naziri Emin Əmrullayev Əməkdar artist Aybəniz Haşımovanı Fəxri Fərmanla təltif edib.
TodayPress xəbər verir ki, bu barədə Əməkdar artist sosial şəbəkə hesabında məlumat paylaşıb. Sənətçi ona gösətirlən yüksək dəyər və diqqətə görə nazirə təşəkkür edib:
"Hörmətli, dəyərli, Cənab nazir Emin Əmrullayev! Yaradıcısı olduğum Sənət Akademiyasının yetirmələrinə verdiyiniz dəyərə, diqqət, qayğıya görə sizə bütün heyətimiz adından təşəkkür edirəm, minnəttdaram!".
GÜNEL
tag: Fəxri Fərman, Aybəniz Haşımova, Əməkdar artist, Elm və Təhsil Nazirliyi, todaypress.az,