Napoleonun tapançaları satıldı

Mədəniyyət

08.07.2024 12:43

Napoleon Bonapartın milli sərvət kimi tanınan iki tapançası Fransada keçirilən hərracda öz alıcısını tapıb.

TodayPress xəbər verir ki, 1814-cü ildə taxt-tacdan imtina etmədən öncə I Napoleona məxsus olan iki bəzəkli tapança hərracda 1,69 milyon avroya satılıb.

“Osenat” və “Rossini” satış evləri alıcı haqqında məlumat verməsələr də, satışı uğurlu hesab ediblər.

Agentlik bundan öncə Fransa Mədəniyyət Nazirliyinin Napoleon Bonaparta məxsus tapançaların ölkədən çıxarılmasına qadağa qoyduğu barədə məlumat yaymışdı. Hakimiyyət orqanları bu yolla tapançaları geri alaraq ölkədə saxlamaq şansı qazanmışdı.

tag: Napoleon, Tapançalar, Osenat, Rossini, Agentlik, Fransa, todaypress.az,