Nailə Vəlixanlı: “Azərbaycan və Meksika rəssamlarının tanışlığı tarixə dayanır”

Mədəniyyət

18.02.2025 17:30

1375

“Azərbaycan və Meksika  arasındakı qarşılıqlı mədəni əməkdaşlıq və bu kimi sərgilərin xalqlar arasında anlaşmanı və dostluğu daha da möhkəmləndirir". 

TodayPress xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bunu "Miqrant Ürək" adlı səyyar sərginin nümayişində bildirib.   

O, Azərbaycan və Meksika arasında mədəni-tarixi əlaqələrin tarixə dayandığını qeyd edib: 

"Azərbaycan Meksika rəssamlarının əsərləri ilə çoxdan tanışdır. Hətta 1950-ci illərdən Azərbaycan rəssamlarının Meksika rəssamları ilə əlaqələri olub. Bu gün də cəmiyyətimiz ABŞ-də yaşayan miqrant rəssamların rəsmləri ilə tanış olur”.  

Nailə Vəlixanlı sərginin konseptual məzmununa toxunaraq, "Miqrant Ürək" sərgisinin miqrasiya mövzusuna sənət prizmasından baxışı əks etdirdiyini bildirib.

O, sərginin insan hekayələrini və mədəniyyətlərin vəhdətini incəsənət vasitəsilə çatdırdığını, eyni zamanda, qlobal miqyasda aktual olan mövzuya fərqli perspektivdən yanaşmağa imkan verdiyini vurğulayıb:

“Bu sərgi bizim üçün olduqca önəmlidir. Sərginin təşkili üçün Meksika səfirliyinə təşəkkür edirik.  Əlaqələrin daha da genişlənməsi üçün çalışacağıq”.   

Qeyd edək ki, fevralın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Miqrant Ürək” adlı sərgi keçirilib. 

Qiymət Mahir

tag: Nailə Vəlixanlı,Meksika,Miqrant ürək,Sərgi,Todaypress.az,