Naftalanda tarixi abidə qalıqları aşkarlandı
Mədəniyyət
29.08.2024 08:13
Naftalanda Qalaboynu tarixi abidəsi
ərazisində Əhəmənilər dövrünə aid saraya məxsus ehtimal edilən divar qalıqları
aşkarlanıb.
TodayPress xəbər verir ki, AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix
üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Qalaboynu tarixi abidəsilə bağlı
bildirib ki, abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3
hektardan artıqdır.
Yaşayış yeri hələ 2020-ci ildə qeydə alınaraq ilkin
arxeoloji tədqiqatlar aparılıb. Bu il avqustun 1-dən aparılan tədqiqatlar
zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş
binanın divar qalıqları aşkarlanıb.
Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində
37x37 santimetr ölçüdə, 9-10 santimetr qalınlıqda, tərkibinə xırda doğranmış
saman qalıqları qatılmış çiy kərpiclərdən istifadə edilib.
Qeyd edək ki, yaşayış yeri ölkəmizdə sayca bu tip 3-cü
abidədir. Bu ərazidə orta əsrlərdə qısamüddətli yaşayış olub. Orta əsrlərə aid
təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələyib. Aşkar edilən
tapıntılar böyük tarixi və elmi marağa səbəb olub və ərazidə daha intensiv
tədqiqatların davam etdiriləcək.
tag: Qobustanə, Tarix,Naftalan,Tapıntı,todaypress.az,