Muzeylərdə “açıq qapı” günü təşkil edildi
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü təşkil edilib və 18 aprel tarixində ziyarətçilərin həmin məkanlara ödənişsiz girişi təmin edilib.
Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Gün ərzində Qobustan qoruğunun çoxsaylı yerli və xarici ziyarətçiləri olub. Yerli ziyarətçilər arasında orta məktəb şagirdləri üstünlük təşkil edib.
tag: Mədəniyyət,Nazirlik,Qobustan,Səfər,Todaypress.az,




