Müğənni evində ölü tapıldı
Cənubi Koreyalı müğənni Wheesung (Choi Whee-sung) evində ölü tapılıb.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, 43 yaşlı sənətçi evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Sənətçinin ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, Wheesung 2002-ci ildə debüt edib və Cənubi Koreyada çoxsaylı hit mahnıları ilə məşhurlaşıb.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Müğənni,Wheesung,Ölüm,Todaypress.az,