Moskva Vergi Müfəttişliyi Azərbaycan əsilli blogeri məhkəməyə verdi
Mədəniyyət
15.06.2024 20:12
Moskva Vergi Müfəttişliyi bloger Hüseyn Həsənovu məhkəməyə verib.
TodayPress Lenta.ru-a istinadla xəbər verir ki, Moskva Vergi Müfəttişliyi, Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənovu 144 milyon rubl məbləğində borcuna görə məhkəməyə verib.
Bloqqerin özünün hazırda Qırğızıstanda olduğu bildirilib.
Qeyd edək ki, mayın 5-də Həsənovun 153 milyon rubl məbləğində vergi borcu olduğu məlum olub . Federal Vergi Xidməti bloqqerə borcunu ödəməyi tapşırıb. Həsənovun pay sahibi olduğu “Banda Foods” şirkətinin hesabları bloklanıb. Təşkilat restoranlar və yeməklərin çatdırılması ilə məşğul olur.
GÜNEL
tag: Bloger, Hüseyn Həsənov, Məhkəmə, Vergi müfəttişliyi, todaypress.az,