Monika Belluççi ən gözəl aktrisa seçildi
Mədəniyyət
25.07.2024 15:54
Məşhur italiyalı aktrisa Monika Belluççi bütün zamanların ən gözəl aktrisası seçilib.
TodayPress xəbər verir ki, müvafiq reytinq “List Challengers”da dərc olunub.
İstifadəçilər tərəfindən seçilən ən gözəl aktrisalar arasında ilk üçlükdə amerikalı Merilin Monro və Ancelina Coli də yer alıb.
Ən cazibədar məşhurlar siyahısında həmçinin Salma Hayek, Ketrin Zeta-Cons, Ceyn Mensfild, Ayşvariya Rai, Rakel Uelç və digər kino ulduzları da olub.
Qeyd edək ki, Belluççi “Drakula”, “Malena”, “Matrix” kimi filmlərdəki baxımlı rolları ilə tanınıb.
İtalya gözəli eyni zamanda “Dolce & Gabbana”, “Valentino” kimi məşhur brendlərlə əməkdaşlıq edir.
Günəş Mərd
tag: Monika Belluci, List Challengers, Cazibədar, Drakula, Malena, todaypress.az,