"Mona Liza" üçün xüsusi otaq ayrılacaq
Mədəniyyət
29.01.2025 03:23
Leonardo
da Vinçinin məşhur “Mona Liza” (“La Gioconda”) tablosu Luvr
muzeyinin ayrıca girişi olan xüsusi salonuna köçürüləcək.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu ransa prezidenti
Emmanuel Makron deyib.
""Mona
Liza" Luvr sərgisinin qalan hissəsindən asılı olmayaraq, ayrıca girişi
olan xüsusi otaqda nümayiş etdiriləcək" Makron məşhur muzeyin bərpası
planlarına dair iclasda deyib.
Bundan əlavə,
Fransanın mədəniyyət naziri Rəşidə Dati bu yaxınlarda Avropa İttifaqından
kənar ölkələrdən gələn ziyarətçilər üçün Parisdəki Luvr muzeyinə bilet
qiymətlərinin 2026-cı il yanvarın 1-dən arta biləcəyini açıqlayıb.
tag: Leonardo Da Vinçi, Mona Liza, Luvr, Muzey,Makron, Prezident, todaypress.az,