“Mona Liza” İtaliyaya qayıdır

Mədəniyyət

05.08.2024 19:10

İtaliyalı rəssam Leonardo da Vinçinin şah əsəri "Mona Liza" Parisin Luvr muzeyindən yazıçının vətəninə İtaliyaya köçürülə bilər.  

TodayPress xəbər verir ki, bu barədə Misirin keçmiş turizm və qədim əşyalar naziri Zahi Havass məlumat yayıb.    

Arxeoloq italiyalı həmkarlarına,  qeyri-qanuni yollarla Fransaya aparılan rəsm əsərinin geri qaytarılmasında kömək edəcəyinə söz verib. 

“Oğurlanmış artefaktları İtaliyaya qaytarmaq üçün birləşə bilərik. Mona Liza əhəmiyyətli rəsmdir. O, İtaliyaya qayıtmalıdır" deyə Zahi vurğulayıb. 

Qeyd edək ki,  Leonardo da Vinçi həyatının son üç ilini Fransada, Kral I Fransisin sarayında çalışaraq keçirib. Ehtimal olunur ki, Mona Liza onun himayədarına təqdim edilib və Leonardonun ölümündən sonra fransız xalqına qalıb.  

Günəş  Mərd

tag: Mona Liza, İtaliya, Leonardo, Fransis,Misir, todaypress.az,