Miley Kruz ən gənc “Disney” əfsanəsi oldu

Mədəniyyət

12.08.2024 16:10

Miley Kruz “Disney” əfsanəsi statusunu alan ən gənc ulduz oldu.

TodayPress xəbər verir ki, bu barədə “BBC”  məlumat yayıb. 

Müğənni ilk dəfə 2006-cı ildə 13 yaşındaykən yayımlanan “Disney Channel” serialında “Hannah Montana” obrazını canlandıraraq şöhrət qazanıb.

O, hələ də “Hanna Montana” rolunu canlandırdığı üçün də fəxr etdiyini açıqlayıb. 

Kruz, həmçinin ötən il çıxartdığı və Britaniyada 10 həftə ərzində birinci yerdə qərarlaşan “Flowers” mahnısına görə ilk dəfə “Grammy” mükafatını qazanıb. 

O, nitqini “əslində mən böyük bir xəyalı olan ticarət mərkəzində sarışın parikli kiçik bir qız idim. Ancaq ürəyimdə “Hannah Montana” idim. Bu mükafat “Hanna”ya və onun bütün heyrətamiz, sadiq pərəstişkarlarına və mənim arzumu reallaşdıran hər kəsə həsr olunub” cümlələri ilə başa vurub. 

Töhfə Səməd

tag: Hanna Montana,Disney Channel,Flowers,Miley Kruz,Grammy, todaypress.az,