Metyu Perrinin həkimi günahını etiraf etdi

Mədəniyyət

03.10.2024 18:15

“Dostlar” serialının məşhur ulduzu Metyu Perrinin ölümündə ittiham olunan həkimlərdən biri Mark Çavez günahını etiraf edib.    

TodayPess xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.  

Həkim aktyora ketamin verdiyini bildirib. 

Hakim hökmü 2 aprel 2025-ci il tarixinə təyin edib. Bu maddə ilə Çavesi 10 ilə qədər həbs gözləyir. 

Mark Çaves Perri işində şübhəli bilinən digər doktor Salvador Palensiyaya saxta ketamin resepti verməkdə də ittiham olunur.

Qeyd edək ki, 28 oktyabr 2023-cü ildə 54 yaşlı Metyu Perri Los-Ancelesdəki evində hovuzda tapılıb. Müayinə zamanı aktyorun ketamin istifadəsi səbəbindən infarkt keçirməsi müəyyən edilib. Daha sonra polis Perriyə narkotik vasitələrin qanunsuz tədarükü ilə məşğul olan şübhəliləri müəyyən edib. 

Günəş Mərd

tag: Hakim ,Salvador Palensiya ,Ketamin ,Müayinə,Narkotik ,todaypress.az,