Metyu Perri narkotiklərə nə qədər pul xərcləyib?
Mədəniyyət
20.08.2024 14:30
“Dostlar” serialının ulduzu Metyu Perri ölümündən öncəki son həftələrdə narkotiklərə 55 min dollar xərcləyib.
TodayPress xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.
Ulduzun 29 gündə 55 flakon ketamin qəbul etdiyi bildirilib.
Xatırladaq ki, 54 yaşlı sənətçi 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evindəki hovuzda ölü tapılıb. Müayinə zamanı aktyorun ketamin dərmanından istifadə etdiyi müəyyən edilib. Faktla bağlı beş nəfər həbs edilib.
Günəş Mərd
tag: Dostlar, Ketamin, Müayinə, Los-Anceles, Araşdırma, todaypress.az,