Məşhur yazıçının əlyazması 286 min avroya satıldı
Mədəniyyət
25.11.2024 15:27
Yazıçı Frans Kafkanın hekayəsinin əlyazması və məktubu Hamburqda keçirilən hərracda 286 min avroya satılıb.
TodayPress xəbər verir ki, söhbət “Birinci bəla” hekayəsinin beş səhifəlik orijinal əlyazmasından və 1922-ci il mayın əvvəlində yazılmış üç səhifəlik məktubdan gedir.
Əlyazma və məktubu şəxsi kolleksiyaçı alıb, hərrac evi onun adını çəkmir.
Frans Kafka 1883-1924-cü illərdə yaşamış çex əsilli almandilli yazıçıdır. O, ədəbiyyatda absurdizm və modernizmin banilərindən biridir.
tag: Frans, Kafkan, Hamburq, Əlyazma, todaypress.az,