Məşhur yazıçı zorakılıq ittihamlarına cavab verdi
Mədəniyyət
15.01.2025 16:39
Tanınmış ingilis yazıçı Nil Geyman zorakılıq iddialarına münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Onun sözlərinə görə, səkkiz qadının yazıçıya qarşı qaldırdığı zorakılıq iddiası tamamilə əsassızdır:
“Mən bu iddialardan dəhşətə gəldim. Heç vaxt zorakılıq tərəfdarı olmamışam”.
Qeyd edək ki, bundan öncə 8 qadın Nil Geymanın onları cinsi əlaqəyə məcbur etdiyini, alçaltdığını bildirib. Qurban olduğu iddia edilənlərdən biri yazıçının övladının dayəsi işləyib, digərləri isə onun pərəstişkarı olub.
Xatırladaq ki, Nil Geyman ən çox satılan “Good Omens”, “American Gods və Carolina” kitablarının müəllifidir.
Günəş Mərd
tag: Tanınmış, Yazıçı, Zorakılıq, Nil Geyman, todaypress.az,