Məşhur serialın ulduzu kariyerasını bitirdiyini açıqladı

Mədəniyyət

06.06.2024 00:13

“Lost” serialının ulduzu Evancellin Lilli aktrisa kimi kariyerasını bitirdiyini açıqlayıb.

TodayPress xarici mediaya istinadla xəbər verir ki, bir dövrə damğa vuran “Lost” serialının ulduzu Evancellin Lilli bu barədə sosial media hesabında açıqlama yazıb. 44 yaşlı aktrisa bundan sonra yazaraq insanların həyatına daha çox təsir etmək istədiyini deyib:

“Bunu bu sektorda yer alan sənətçilərə etiraf etməkdən qorxuram, amma bundan 10 il sonra təqaüddə olan bir aktrisa olaraq bir ailəyə sahib olmaq istəyirəm” deyən Lilli sözlərini: “Açıq seçim kimi görünən şeylərdən (şöhrət və zənginlik) uzaqlaşmaq bəzən qorxuducu görünə bilər. Bir gün nə vaxtsa Hollivuda geri qayıda bilərəm. Amma hazırda aid olduğum yer buradır. Yeni mövsüm başladı və mən çox xoşbəxtəm” deyə tamamlayıb.

Qeyd edək ki, Evancellin Lilli “Lost” serialında Keyt obrazını canlandırırdı. Bundan başqa o, “Dəmir yumruqlar”, “Yenilməzlər”, “Ölümcül tələ”, “Hobbit” üçlüyündə həlledici roller oynayıb.

tag: "Lost", Evangelin Lilli, Kariyera, "Dəmir yumruqlar", todaypress.az,