Məşhur rusiyalı şair vəfat etdi
Rus şairi, nasir, dramaturq, jurnalist, müəllim və uşaq nağıllarının müəllifi Yevgeni Klyuev Danimarkada vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə “MTYuZ” Teatrının “Telegram” kanalı məlumat yayıb.
Yazıçı mayın 9-da 71 yaşında dünyasını dəyişib. Klyuyevin ölümünün səbəbləri açıqlanmayıb.
Teatrdan bildirilib ki, şairin xatirəsini mayın 11-də onun nağılları əsasında hazırlanmış “Sadə qələmin valsı” tamaşası ilə yad edəcəklər.
Töhfə Səməd
tag: Rus ,Şair,Ədəbiyyat,todaypress.az,