Məşhur reper cinayətlərlə bağlı film çəkəcək
Mədəniyyət
26.09.2024 16:06
Məşhur amerikalı reper 50 Cent (Ceyms Ceksın) P.Diddi təxəllüsü ilə tanınan qalmaqallı musiqiçi və prodüser Şon Kombsun ittiham olunduğu cinayətlərlə bağlı çəkilən filmə prodüserlik edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Filmin baş prodüseri “Netflix”, icraçı prodüseri isə 50 Cent olacaq.
Xatırladaq ki, Diddi insan alveri və zorakılıq ittihamı ilə həbs edilib. O, hip-hop dünyasının görkəmli siması, Cennifer Lopes, Beyons, Castin Timberleyk və Snup Doq kimi ulduzlar üçün hitlər bəstələyən sənətçi və prodüserdir. Musiqi sənayesinə verdiyi mühüm töhfələrə baxmayaraq, sənətçinin adı tez-tez qalmaqallarda hallanır.
Töhfə Səməd
tag: Reper ,Zorakılıq ,Film ,50 Cent ,Diddi ,Cennifer Lopes ,Beyons ,todaypress.az,