Məşhur repçi musiqidən ayrılıb telefon şirkəti açdı
Mədəniyyət
13.06.2024 21:00
Dünyaca məşhur rep ifaçısı İqqi Azalea musiqidən ayrılaraq kripto dünyasına daxil olub.
TodayPress xəbər verir ki, mıəşhur repçi sürpriz karyera planı ilə pərəstişkarlarını məyus edib. 34 yaşlı avstraliyalı müğənni musiqidən ayrılaraq telefon şirkəti açıb. Bundan başqa “Ana İggy” ləqəbindən ilhamlanaraq, “Ana” adlı kriptovalyutanı da bazara çıxarıb. Məşhur müğənninin kriptovalyutasının bazar dəyəri təxminən 200 milyon dollara çatıb.
Sosial media hesabında bu barədə paylaşım edən Azalea: "Rep oxuyanda mənə gülürdülər və 9 həftə 1 nömrədə qalan mahnım var idi. Ehtimal edirəm ki, bunun hara getdiyini bilirdim. İndi gülün, əminəm ki, sonra ağlayacaqsınız” deyə yazıb.
GÜNEL
tag: Repçi, Məşhur, Kriptovalyuta, İqqi Azalea, todaypress.az,