Məşhur rejissorun ölüm səbəbi açıqlandı
78 yaşında dünyasını dəyişən məşhur amerikalı rejissor və ssenarist Devid Linçin ölüm səbəbi açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb.
Vəfat səbəbi bir müddət sirr olaraq qalan rejissorun ölümünə səbəb kimi xroniki obstruktiv ağciyər xəstəliyinin səbəb olduğu ürək infarktı göstərilib.
Qeyd edək ki, “Twin Peaks” (1990-2017) mistik serialının yaradıcısı kimi tanınan Linç 79-cu doğum gününə dörd gün qalmış, yanvarın 16-da vəfat edib.
Linç uzun karyerası ərzində 10 bədii filmə rejissorluq edib. Onlardan bir çoxu klassiklərinə çevrilib.
O, ən böyük populyarlığını “Twin Peaks” teleserialının ekranlara çıxmasından sonra qazanıb. Dünya kinosuna verdiyi töhfələrə görə Kann Film Festivalında “Palma budağı” və Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının laureatı olub.
Nicat Osman
tag: Devid Linç,Ölüm,Rejissor,Amerika,Todaypress.az,