Məşhur rejissor həbs olundu
Mədəniyyət
12.09.2024 11:00
Məşhur rusiyalı kinorejissor və kinoprodüser Aleksey Petruxin rüşvət almaqda ittiham edilərək həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, onun rəhbərlik etdiyi şirkət “Əjdaha möhürünün sirri” filminə görə 3 milyon dollar alıb. Büdcəsi 49 milyon dollar olan filmin ümumi gəlir 14 milyon dollar təşkil edib ki, bunun da 5,7 milyon dolları Rusiyada toplanıb.
Ekran əsəri Rusiyada gözlənilən nəticəni əldə etmədiyi üçün indi Rusiya Kino Fondu pulu geri tələb edir.
Petrux pulu ödəməkdən imtina etdiyi üçün onun barəsində ilkin həbs qətimkan tədbiri olaraq ev dustaqlığı seçilib.
Günəş Mərd
tag: Rejissor, Rusiya ,Dollar, Kino, Həbs ,Aleksey Petruxin , todaypress.az,