Məşhur müğənninin mahnısı “plagiat” çıxdı
Mədəniyyət
17.12.2024 19:15
Braziliyada məhkəmə britaniyalı müğənni Adelin "Million Years Ago" mahnısını “plagiat” hesab edib.
TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin sözlərinə görə, iddia braziliyalı bəstəkar Toninyo Geraes tərəfindən qaldırılıb. Onun sözlərinə görə, ifaçının sözügedən bəstəsi müğənni Martinho da Vila Mulheresin musiqisini yazdığı samba melodiyasını təkrarlayır.
Məhkəmə mahnının bütün dünyada satışdan, o cümlədən musiqi axını xidmətlərindən geri götürülməsinə qərar verib. Geraes, həmçinin 160 min dollar məbləğində təzminat tələb edib.
Qeyd olunur ki, hər uyğunsuzluq aktına görə hazırda "Sony" və "Universal"ın törəmə şirkətləri səkkiz min dollara qədər cərimə ilə üzləşirlər.
Töhfə Səməd
tag: Braziliya,Adel,Million Years Ago,Plagiat,Martinho da Vila Mulheres,todaypress.az,