Məşhur komediya ustası dondurmaya görə xəstəxanalıq oldu
Məşhur amerikalı “stand-up” komediyaçısı Cef Roz dondurma yedikdən sonra xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, o, öz “Instagram” səhifəsində baş verənlərdən danışıb.
59 yaşlı komediya ustasının sözlərinə görə, Kaliforniyanın Mill Valley şəhərindəki çıxışdan sonra o, komandası ilə birlikdə dondurma yediyi restorana gedib.
"Həqiqətən dadlı idi. Amma dodaqlarım şişmişdi və bütün gecəni təcili yardım otağında keçirdim" deyə Roz yazıb.
O, xəstəxanadan dodaqlarında şiddətli şişkinliyi əks etdirən fotoları da yayıb.
Bundan əlavə, komediya aktyoru həyatında ilk dəfə allergik reaksiya yaşadığını qeyd edib.
"Düşünürəm ki, gözümə xoş gələn hər şeyi daim ağzıma qoyduğumu nəzərə alsaq, bu olduqca heyrətamizdir" deyə o zarafat edib.
Töhfə Səməd
tag: Cef Roz ,Komediya,Aktyor,Dondurma,Xəstəxana,Todaypress.az,