Məşhur komediya aktyoru 10 illik evliliyinin bitdiyini açıqladı

Mədəniyyət

22.06.2024 20:36

Güldür Güldür” şousunda İbrahim obrazını canlandıran məşhur aktyor Rüştü Onur Atilla həyat yoldaşı Sinem Ayyıldızla yollarını ayırıb.

TodayPress xəbər verir ki, aktyor sosial media hesabından 2014-cü ildə evləndiyi Sinem Ayyıldızla boşandığını açıqlayıb:

"2014-cü ildə həyatımızı birləşdirdiyimiz Sinem Ayyıldızla evliliyimiz 10 iyun 2024-cü ildə razılaşdırılmış boşanma proseduru ilə sona çatdı. Peşəmlə əlaqədar olaraq ictimaiyyətə və mətbuata məlumat verməli olduğum üçün bunu paylaşıram.

Mənim tək arzum budur ki, hamı xoşbəxt və sağlam olsun, övladlarımız da bu yeni həyatlarında sevgi ilə böyüsün... Həssaslığınız və anlayışınız üçün əvvəlcədən hər kəsə təşəkkür edirəm. İnanıram ki, Sinem və uşaqlarımız bundan sonrakı həyatımızda da sülh və sevinc içində yaşaya biləcəyk” deyə aktyor qeyd edib.

 GÜNEL

tag: Güldür Güldür, Aktyor, Boşanma,Rüştü Onur Atilla, todaypress.az,