Məşhur incəsənət muzeyi böyük rəssamların əsərlərini sərgidən çıxartdı

Mədəniyyət

15.06.2024 23:35

İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən talan edildiyi ehtimal edilən rəsm əsərlərinin sərgidən çıxarılmasına qərar verilib.

TodayPress BBC-ə istinadla xəbər verir ki, sərgidən çıxarılacaq 5 rəsm arasında məşhur rəssamlar Vincent van Goq, Claude Monet, Gustave Courbet, Henri de Toulouse-Lotrec və Paul Gauguin əsərləri də var.

Əsərlər muzeydəki Emil Bührle kolleksiyasına aiddir. Alman əsilli isveçrəli iş adamı Bührle İkinci Dünya Müharibəsində anadan olub. O, İkinci Dünya Müharibəsi zamanı nasistlər üçün qaçaqmalçılıq yolu ilə sərvət qazanıb.

Muzey rəsmiləri əsərlərin nasistlər tərəfindən oğurlandığı şübhəsi ilə sərgidən çıxarılacağını açıqlayıb.

Bührle Collection rəsmiləri də sözügedən 5 rəsmin oğurlana biləcəyinə dair şübhələrdən sonra əsərlərin sərgidən çıxarılmasını istədiklərini bildiriblər.

Son araşdırmalara görə, bu rəsmlərin yəhudi əsilli alman iş adamı Maks Silberberqə aid olduğu güman edilir.

Ehtimal olunur ki, nasistlər Silberberqi aşağı qiymətə əsərləri hərraca çıxarmağa məcbur edib və sonradan rəsmlər Bührle tərəfindən alınıb. Müstəntiqlər Silberberqin Auşvits-Birkenau həbs düşərgəsində öldürüldüyünü bildirirlər.

Bührle Collection rəsmiləri, araşdırmalar tamamlandıqdan sonra lazım gələrsə, Silberberqin ailəsinə təzminat ödəniləcəyini də bildirib.

 GÜNEL

tag: İsveçrə, Van Qoq, Rəssam, Emil Bührle, todaypress.az,