Məşhur Hollivud ulduzu hannibalizmlə bağlı ittihamlara cavab verdi
Mədəniyyət
17.06.2024 19:20
Amerikalı aktyor Armie Hammer cinsi qısnama və hannibalizmlə bağlı haqqında irəli sürülən ittihamlara cavab verib.
TodayPress “The Guardin”ə istinadla xəbər verir ki, hannibalizmlə ittiham olunan sənətçi, “İnsanlar mənə adamyeyən deyirdilər və hamı onlara inanırdı. Siz nə danışırsınız? Adamyeyən olmaq üçün insanları yeməlisən. Bu ittihamların hamısı yalandır” deyə bildirib.
Aktyor Hollivuddakı karyerasına davam etdiyini heç yerə getmədiyini də diqqətə çatdırıb. O, hazırda öz bədii filmi üçün ssenari yazmağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, sənətçi haqqında ittihamlar 2021-ci ilin yanvarında Hammerin məşuqələri ilə yazışmalarının skrinşotlarının sosial şəbəkələrdə görünməsi ilə başlayıb. Sənətçi yazışmalarda özünü adamyeyən adlandırıb və partnyorunu yemək, qanını içmək istədiyini bildirib.
GÜNEL
tag: Hannibalizm, Hollivud ulduzu, Kariyera, Cinsi qısnama, todaypress.az,