Məşhur Hollivud cütlüyü 17 illik evliliklərini bitirdi
Mədəniyyət
09.01.2025 12:53
Hollivud aktrisası Cessika Alba 17 illik evliliyindən sonra əri, kinoprodüser Keş Uorrendən ayrılıb.
TodayPress xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Cütlüyə yaxın olan mənbələr bildiriblər ki, Cessika Alba və Keş Uorren bu yaxınlarda ayrılıblar və indi boşanmağa hazırlaşırlar. Aktrisa ilə prodüserin ayrılmasının səbəbi məlum deyil. Ulduzların özləri hələ ki, məlumatı şərh etməyiblər.
Xatırladaq ki, Cessika Alba və Keş Uorren 2004-cü ildən birlikdədirlər. Məşhurlar "Fantastic Four"un çəkiliş meydançasında tanış olublar. Aktrisa və prodüserin birlikdə üç övladı var: 16 yaşlı Onur Mari, 12 yaşlı Haven Qarner və 7 yaşlı oğlu Hayes.
Töhfə Səməd
tag: Cessika, Aktrisa, Cütlük,Evlilik, todaypress.az,