Məşhur futbolçu yoldaşından boşanır

Mədəniyyət

10.07.2024 12:15

Qalatasarayın bombardiri Mauro İkardi həyat yoldaşı Vanda Nara ilə ayrılır. 

TodayPress xəbər verir ki, bu barədə Nara “Amerikan TV”nin diktoruna göndərdiyi mesajda bildirib.  

"Şəxsi həyatım və səhhətimə görə bir daha cəhd etdim, amma alınmadı" deyə Nara yazıb.

Nara İkardinin sosial media hesabını izləməyi dayandırsa da, birlikdə çəkdirdiyi şəkilləri silməyib. Qalatasarayın bombardiri isə hələ də, həyat yoldaşını izləməyə davam edir.

Töhfə Səməd

tag: Futbol, Mauro İkardi, Vanda Nara, Boşanmaq, Qalatasaray, todaypress.az,