Məşhur cütlük nişanlandı
Mədəniyyət
07.01.2025 12:01
Britaniyalı aktyor Tom Holland "Euphoria"nın ulduzu, amerikalı aktrisa Zendayaya evlilik təklifi edib.
TodayPress xəbər verir ki, bu barədə "TMZ" mənbələrə istinadən məlumat yayıb.
Belə ki, mərasim aktrisanın evində, romantik şəraitdə baş tutub. Cütlük hələ ki, toy planlaşdırmır. Buna səbəb isə onların hər ikisinin bir çox Hollivud layihələrinin olmasıdır.
Xatırladaq ki, Holland və Zendaya 2021-ci ildə "Hörümçək Adam: Evə Dönüş" filminin setində tanış olublar.
Töhfə Səməd
tag: Məşhur, Cütlük, Nişanlandı, Aktrisa, todaypress.az,