Məşhur çinli rəssamın Bakıda sərgisi açıldı
Mədəniyyət
08.06.2024 08:51
Heydər Əliyev Mərkəzində tanınmış çinli rəssam Yüe Mincünun “Təbəssüm bağı” adlı fərdi sərgisi açılıb.
TodayPress xəbər verir ki, sərgidə rəssamın “Avtoportret” və “Güllər” silsilələrinə aid əsərləri - rəsm və heykəltəraşlıq nümunələri təqdim olunur.
Qeyd edək ki, Yüe Mincünun Çinlə yanaşı müxtəlif ölkələrdə - ABŞ, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, Xorvatiya, İndoneziya, İslandiya, İspaniya, İsveçrə, İtaliya, Koreya, Kuba, Niderland, Sinqapur, Tailandda fərdi sərgiləri keçirilib, əsərləri dünyanın tanınmış qalereya və muzeylərinin kolleksiyalarında yer alıb.
Yüe Mincünun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Təbəssüm bağı” sərgisi oktyabrın 27-dək davam edəcək.
GÜNEL
tag: Rəssam, Heydər Əliyev Mərkəzi, Yüe Mincün, Koreya, todaypress.az,