Məşhur arasında ad qalmaqalı böyüyür
Avstraliyada dizayner Keti Perri, məşhur amerikalı müğənni Keti Perrini (Ketrin Elizabeth Hudson) məhkəməyə verib.
TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.
Dizayner iddia edir ki, müğənni onun adından istifadə edərək ticarət nişanı hüquqlarını pozub.
Avstraliyanın Ali Məhkəməsi indi bu məsələni araşdırır. Müğənninin əsl adı Ketrin Elizabeth Hudson olsa da, o, sənətçi kimi Keti Perri adından istifadə edir.
Dizayner bu adda illərdir fəaliyyət göstərdiyini və adın ona məxsus olduğunu bildirir.
Əvvəlki məhkəmə dizaynerin xeyrinə qərar çıxarsa da, apellyasiya məhkəməsi bu qərarı ləğv edib. Son sözü ölkənin ən yüksək məhkəməsi deyəcək.
Türkan İsgəndərli
tag: Keti Perri,Avstaraliya,Ad,Qalmaqal,Todaypress.az,