Məşhur aktyorun vəziyyəti ağırdır
Fransız kino ulduzu Alen Delonun qızı Anuşka Delon instaqramda ağır xəstə olan atasının fotoşəkillərini paylaşıb.
TodayPress xəbər verir ki, Anuşka Delon paylaşımda “Delon həmişəki Delon olacaq. Yaxşı, mükəmməl, eleqant - şərab kimi olacaq" sözlərini yazıb.
Fotolarda xəstə görünən aktyorun vəziyyəti onun pərəstişkarlarını kədərləndirib.
Qeyd edək ki, hazırda 88 yaşı olan sənətçi 2019-cu ildə insult keçirib. Bir müddət sonra ona Alzheimer xəstəliyi diaqnozu qoyulub.
Xatırladaq ki, Alen Delonun Anuşkadan başqa iki oğlu var.
Günəş Mərd
tag: Fransa, Alen Delon, Aktyor,Xəstəlik, todaypress.az,