Məşhur aktyor tamaşaçıların qarşısında səhnədə öldü

Mədəniyyət

29.11.2024 14:55

Məşhur kanadalı aktyor Julien Arnold oynadığı tamaşa zamanı səhnədə yıxılaraq dünyasını dəyişib. 

TodayPress xəbər verir ki, ömrünü həsr etdiyi teatr səhnəsində son nəfəsini verən Arnoldun 60 yaşı var idi.

Zalı dolduran yüzlərlə tamaşaçının gözü qarşısında baş verən hadisə ötən bazar günü Kanadanın Edmonton şəhərindəki Citadel Teatrında baş verib.

“A Christmas Carol” tamaşasında rol alan veteran aktyor Arnold qəfildən səhnədə yıxılıb.

Dərhal hadisə yerinə tibb qrupları gəlib. Lakin müdaxilələr nəticəsiz qalıb və məşhur aktyorun teatrdan çıxarılmadan dünyasını dəyişdiyi açıqlanıb.

tag: Aktyor,Julien Arnold, Tamaşa, Ölüm,A Christmas Carol, todaypress.az,