Məşhur aktyor silah saxladığına görə həbs edildi

Mədəniyyət

03.01.2025 11:06

Amerikalı aktyor Rudi Yanqblod Yunanıstanda polisə tabe olmadığına və silah saxladığına görə həbs edilib. 

TodayPress xəbər verir ki, bu barədə “Katimerini” qəzeti yazıb. 

42 yaşlı aktyor avqustun sonundan çəkilişlər üçün Yunanıstanda olsa da, onun vizasının müddəti noyabrın sonunda başa çatıb. 

Qəzetin mənbələrinin məlumatına görə, aktyor səhhətində yaranan problemlə bağlı həkim tövsiyəsi alıb. Aktyorun özü hesab edib ki, bu problemə görə sağlamlığına zərər vurmadan səyahətə çıxana qədər ölkədə qalmaq hüququ var.    

Polis sənədlərini yoxlayan zamanı isə o, müqavimət göstərib. 

Onun sözlərinə görə, polis işçilərinin fərqlənmə nişanları olmadığı üçün onların hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu başa düşə bilməyib. 

Beləliklə, aktyor bıçaq gəzdirdiyi üçün itaətsizlik, hədə-qorxu və silah saxlamağa görə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Sənətçi  hazırda Afinada polis bölməsində saxlanılır və həbsi hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, aktyor  daha çox Mel Gibsonun “Apocalypse” (2006) filmindəki baş rolu ilə tanınır. 

Günəş Mərd

tag: Yunanıstan, Aktyor, Səhhət, Mənbə, todaypress.az,