Məşhur aktyor idman edərkən öldü
"Netflix"in "Berlin Fuzz" serialındakı rolu ilə tanınan alman aktyor Vittorio Pirbazari 44 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, Pirbazari idman zalında qaçış zolağında məşq edərkən dünyasını dəyişib.
Dostları hadisəni təsdiqləyərək, baş sağlığı veriblər. Onun ölümünün təfərrüatları barədə məlumat yoxdur.
O, 2025-ci ilin yanvarında məşq zamanı əzələsi qopduğuna görə əməliyyat olunub.
Daha sonra aktyor avtomobil qəzasına düşüb və onurğa sütunu sınıb. Martın 23-də isə idmançı məşqlərə başlayıb.
Türkan İsgəndərli
tag: Vittorio Pirbazari ,Aktyor,Məşq,İdman,Ölüm,Todaypress.az,