Məşhur aktyor həbs edildi

Mədəniyyət

29.10.2024 17:30

2495

Moskvada məhkəmə rusiyalı aktyor Artur Smolyaninovu iki ay müddətinə həbs edib.

TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

Həbs müddəti onun Rusiyaya ekstradisiya edildiyi və ya ölkədə saxlandığı andan hesablanacaq. 

Qeyd edək ki, sənətçi Rusiya Cinayət Məcəlləsinin 282-ci (“Nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması”) və 207.3-cü (“ Rusiya Silahlı Qüvvələrinin tətbiqi ilə bağlı bilə-bilə yalan məlumatın açıq şəkildə yayılması ”) ilə ittiham olunur. 

Xatırladaq ki, Artur Smolyaninov Rusiyanı 2022-ci ildə tərk edib.

Günəş Mərd

tag: Aktyor, Rusiya,Artur Smolyaninov,Həbs,Cinayət, todaypress.az,