Məşhur aktyor fırıldaqçılıqda ittiham olunur
Dünyaca məşhur fransalı aktyor Jerar Depardyeyə qarşı cinayət işi açılıb.
TodayPress xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
Məlumata görə, aktyor vergi fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamları ilə bağlı istintaqa cəlb olunub.
İstintaq 2024-cü ilin fevralında başlanıb və 2013-cü ildən bəri törədilmiş qanun pozuntularını əhatə edir.
Aktyor hələ dindirilməyib.
Qeyd edək ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.
Nicat Osman
tag: Aktyor,Jerar Depardye,Maliyyə,Fırıldaq,Todaypress.az,