Məşhur aktyor 5 il müddətinə həbs oluna bilər

Mədəniyyət

21.11.2024 09:29

Fransanın Melun şəhərinin prokurorluğu sərxoş halda qəza törədən aktyor Pierre Palmadanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

TodayPress xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.

Narkotikin təsiri altında olan aktyor ötən ilin fevralında qəza törətmiş, nəticədə 3 nəfər ağır yaralanmışdı. Zərərçəkənlərdən biri hamilə olduğu üçün uşağını itirib.

Aktyor məhkəmə iclasından əvvəl zərərçəkmişlərdən əfv istəyib. O, artıq spirtli içki və narkotik qəbul etmədiyini bildirib.

Günəş Mərd

tag: Fransa, Aktyor, Məhkəmə,Narkotik, Spirt, todaypress.az,