Məşhur aktrisa vəfat etdi
Mədəniyyət
18.06.2024 17:55
Məşhur fransız aktrisa Anuk Eme 92 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə onun qızı aktrisa Manuela Papadakis sosial şəbəkədə məlumat verib.
Anuk Eme təxəllüsü ilə tanınan Nikol Fransuaza Florens Dreyfus “Kişi və qadın” filmindəki roluna görə "Qızıl Qlobus" və "BAFTA" mükafatlarını qazanıb.
O, həm də “Oskar” mükafatına namizəd olub.
Anuk Eme kariyerası ərzində 80-dən çox filmdə çəkilib.
Günəş Mərd
tag: Anuk Eme ,Aktrisa, Fransa,Mədəniyyət,Nikol Fransuaza Florens Dreyfus, todaypress.az,