Məşhur aktrisa Mehmed Əli Ərbilin yeni verilişinə sərt reaksiya verdi
Mədəniyyət
07.06.2024 00:25
Uzun illərdir xəstəliklə mübarizə aparan türkiyəli məşhur şoumen Mehmed Əli Ərbilin yenidən ekranlara geri dönməsi xəbərinə aktrisa Farah Zeynəb Abdullah sərt reaksiya verib.
TodayPress xəbər verir ki, “Kanal D”n sosial media hesabında şoumenin təqdimatını “O barmağın sahibi gəldi” qeydi ilə paylaşım edib. Məşhur aktrisa Farah Zeynəb Abdulah isə kanalın təqdimatına: “Kanal D nə qədər mal bir kanaldır” şərhini yazıb.
Farahın sərt reaksiyası sosial şəbəkə istifadəçilərini iki cəbhəyə ayırıb. Bir qisim aktrisaya dəstək versə də, digər qisim yazılan şərhin yersiz olduğunu bildirib.
GÜNEL
tag: Mehmed Əli Ərbil, Farah Zeynəb Abdullah, Kanal D, Sosial şəbəkə, todaypress.az,