Məşhur aktrisa 16 illik xoşbəxt evliliyinin sirrini açıqladı

Mədəniyyət

19.06.2024 01:10

Məşhur aktrisa Cessika Alba 16 ildir evli olduğu Keş Uorrenlə xoşbəxt evlilklərinin sirrini açıqlayıb.

TodayPress xəbər verir ki, aktrisa İnstagram hesabında bununla bağlı paylaşım edib. Birlikdə keçirdikləri uzun illərə nəzər salan aktrisa hər şeyin doğru seçimdən asılı olduğunu deyib.

“Həqiqətən də hər şey doğru seçimdən asılıdı. Bir-birinizə vaxt ayırmalısınız. Priorietlərimizi bilmək də çox vacibdir” deyən 43 yaşlı aktrisa, “16 il evlilik, 20 il birlikdəlik və sonsuza qədər davam edəcək” sözləri iləMə həyat yoldaşına minnətdarlığını bildirib.

Qeyd edək ki, Alba əri, 45 yaşlı prodüser Uorrenlə 2005-ci ildə çəkilmiş "Fantastik Dördlük" superqəhrəman filminin çəkiliş meydançasında tanış olub. Cütlük 2008-ci ilin may ayında Los-Ancelesdə keçirilən sadə toy mərasimi ilə nikah masasına oturub. Xoşbəxt cütlük mayın 19-da evlilik ildönümünü qeyd edib.

Cütlüyün üç övladı  16, 12 və 6 yaşlı üç ovladı varş

 GÜNEL

tag: Cessika Alba, Aktrisa, Xoşbəxt evlilik,Məşhur, todaypress.az,