Məşhur aktirsanın festivalda iştirakına qarşı çıxıldı

Mədəniyyət

28.07.2024 10:04

Ukrayna xarici İşlər Nazirliyi (XİN) rusiyalı aktrisa Çulpan Xamatovanın Venesiya Film Festivalında iştirakına qarşı çıxıb. 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna departamenti “X” sosial şəbəkəsində müvafiq bəyanat yayıb. 

 Ukrayna Xarici İşlər Nazirliyi festivalda nümayiş olunacaq “Sakit həyat” filmində baş rolu oynayan aktrisanı Rusiya prezidenti Vladimir Putinin keçmiş tərəfdarı adlandırıb. 

"O, Rusiyanı tərk etsə də, Putinlə keçmiş əlaqələri suallar doğurur" bəyanatda deyilir. 

Ukrayna departamenti hesab edir ki, münaqişə davam edərkən aktrisa qırmızı xalçada görünməməlidir. 

Günəş Mərd 

tag: Aktyor, todaypress.az,aktrisa,Venesiya,film,festival,