Məşhur akrisa yuxuda öldü

Mədəniyyət

12.07.2024 15:10

Adı kino tarixinə qızıl hərflərlə yazılmış kinorejissor Stenli Kubrikin “ The Shining” filminin məşhur ulduzu Şelli Duval 75 yaşında dünyasını dəyişib.

TodayPress xəbər  verir ki, aktrisa uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun yuxuda öldüyü bildirilib.

Aktrisa karyerası boyunca “Enni Holl”, “Popeye” kimi bir sıra filmlərdə rol alıb.

O, eyni zamanda 1977-ci ildə çəkilmiş “Tree Women” filminə görə Kann Film Festivalında  “Ən yaxşı qadın aktrisa” mükafatını qazanıb. 

Günəş Mərd

tag: Kino Tarixi, Aktrisa, Stenli Kubrik, Şelli Duval, Yuxu, Ölüm, todaypress.az,