Məsciddə Roma imperiyasına aid tarixi əsər tapıldı
Mədəniyyət
02.11.2024 12:50
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda 1968-ci ildə tikilmiş Laləli Mərkəzi Məscidinin bünövrəsi qazılarkən maraqlı tarixi daş əsər aşkarlanıb.
TodayPress xəbər verir ki, həmin vaxt vətəndaşlar onu hamar olduğu üçün oturacaq kimi istifadə etmək qərarına gəliblər. Sakinlər 1970-ci illərdən bəri daşın əhəmiyyətini və mənasını bilmədən üzərində oturub dincəlib, qonaqlar qəbul edib, illərlə burada söhbətlər aparıblar.
Lakin məhəllə sakinlərindən olan ədəbiyyat müəllimi uzun illərdən sonra daşın üzərindəki yazılarla bağlı Fatsa Bələdiyyəsinə müraciət edib. Aparılan araşdırma zamanı müəyyən edilib ki, eramızın 239-cu illərinə aid olan daşın üzərində imperator III Qordianusun adı və titulları həkk olunub. Aşkarlanan daşın əhəmiyyətli bir əsər olduğu və Qara dəniz bölgəsində buna oxşar nümunələrin çətin tapıldığı bildirilib.
Hazırda tarixi tapıntı sərgilənməsi üçün Ordu Muzey İdarəsinə aparılıb.
tag: Məscid,Roma, Əsər, İmperiya, Ədəbiyyat,todaypress.az,