Merilin Menson cinsi istismara görə mühakimə olunmayacaq

Mədəniyyət

25.01.2025 09:30

Musiqiçi Merilin Menson (əsl adı Brayan Uorner) ona qarşı qaldırılan işlərdə iddia müddətinin başa çatması səbəbindən sui-istifadə ittihamları üzrə mühakimə olunmayacaq. 

TodayPress xəbər verir ki, bu barədə "NBC" kanalı məlumat yayıb. 

"Biz məişət zorakılığı iddialarının məhdudiyyət müddətindən kənarda olduğunu müəyyən etdik və cinsi təcavüz iddialarını tam sübut edə bilmərik" deyə Los Angeles Prokurorluğundan bildirilib. 

Qeyd edək ki, məşhur “Doktor Haus” serialında Çi Pak rolunu oynamış amerikalı aktrisa Şarlin Yi şok-rokçu Merilin Mensonu cinsi istismar və ona qarşı əxlaqsız hərəkətlərdə ittiham edib. 

Günəş Mərd

tag: Musiqi,Menson,NBC,İttiham,Todaypress.az,