Mərhum Roma Papasının da iştirak etdiyi film çəkiləcək

Mədəniyyət

01.05.2025 15:10

13

Tanınmış kinorejissor Martin Skorseze mərhum Roma Papası Fransiskin də rol aldığı sənədli film üzərində işləyir. 

TodayPress xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.  “Aldeas – Yeni tarix” adlı filmdə Skorsezenin panteonla söhbətlərinin, o cümlədən son müsahibəsinin videoyazıları yer alacaq. 

Film Roma Papasının 2013-cü ildə gənclər arasında mədəniyyəti, o cümlədən kino vasitəsilə təbliğ etmək məqsədilə təsis etdiyi beynəlxalq qeyri-kommersiya təşkilatının işindən bəhs edir. 

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib, o, komaya düşməsinə və ürəyinin dayanmasına səbəb olan insult keçirib.

tag: Papa,Fransisk,Roma,Katolik,Todaypress.az,