Məhkəmə "Drakon"un cəzasını azaldıb

Mədəniyyət

01.06.2024 10:29

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.

TodayPress xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Xatırladaq ki, o, "Dolu" filmində rol aldığı "Drakon" obrazı ilə məşhurlaşıb.(qafqazinfo)

tag: Xuliqanlıq, Rza Rzayev, Drakon, Həbs, todaypress.az,