Mədəniyyət sahəsində ilk: Yeni mobil tətbiq istifadəyə veriləcək

Mədəniyyət

09.01.2025 15:42

“ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq”

Bu barədə TodayPress-ə açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib.

S.Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib:

"AzeArt” mobil tətbiqin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaqdır. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur.

Layihəmizi dəstklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Üç aylıq layihə çərçivəsində hazırlanacaq tətbiqin həm Bakıda, həmdə Mingəçevirdə geniş təqdimatı keçiriləcəkdir. Ümid edirəm, yaradacağımız tətbiq olduqca faydalı və əhəmiyyətli olacaqdır.”

Qeyd edək ki, layihə çərçivəsində 2 dildə hazırlanacaq mobil tətbiqin bir ilk olacağını nəzərə alsaq qısa zamanda onlarla insan tərəfindən yüklənəcəkdir. Bundan başqa ölkəmizə gələn turistlər üçün bu tətbiq əvəzolunmaz alət kimi istifadə ediləcəkdir. 

tag: ASGA, Mədəniyyət, Mobil tətbiq, Turist, todaypress.az,