Mədəniyyət Nazirliyində yeni təyinnat oldu

Mədəniyyət

01.05.2025 10:44

9

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.

Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb. 

İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997–2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

İ.Babayev  1994–1998-ci illərdə Bakı Gənclər Klubunun, 1995–1998-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 1998–1999-cu illərdə Gənclər və İdman Nazirliyində Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifələrində çalışıb. 

O, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub.

2022–2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

tag: İntiqam Babayev,Mədəniyyət,Nazirlik,Təyinat,Todaypress.az,