Mədəniyyət nazirinə yeni müşavir təyin olundu

Mədəniyyət

21.04.2025 17:52

7

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. 

Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.

tag: Mədəniyyət,Nazirlik,Təyinat,Orxan Fikrətoğlu,Todaypress.az,